/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Voleybolçularımız medalsız qaldılar

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Oyunlarında voleybolçu qızlarımız bürünc medalı da əldən veriblər. Serbiya voleybolçuları ilə üçüncü yer uğrunda mübarizə aparan qızlarımız 5-ci setdə 15:9 hesabı ilə məğlub olublar. «Bakı Krystal Hall»-da qadınlar arasında voleybol yarışlarında üçüncü yer uğrunda Azərbaycan-Serbiya komandaları qarşı qarşıya gəldi. İlk setdə daha yaxşı oyun nümayiş etdirən Azərbaycan voleybolçuları 25:21 hesabı ilə qalib gəldilər. İkinci setdə serbiyalı voleybolçular üstün oldular 19:25. Üçüncü setin əvvəlində təşəbbüsü tamamilə ələ alan qızlarımız 25:17 hesabı ilə qalib gəldilər. Dördüncü set isə 14:25 hesabı ilə serbiyalıların xeyrinə başa çatdı. Setlərin sayı bərabər olduğundan qalib tay-brekdə müəyyən olundu. Gərgin keçən qarşılaşmada Serbiya 15:9 hesabı ilə qalib gələrək, birinci Avropa Oyunlarının bürünc medalına sahib oldu. Baş məşqçi möhtəşəm azarkeş dəstəyinin olmasını yüksək qiymətləndirdi. Qeyd edək ki, Avropa Oyunlarında qadınlar arasında qızıl medala Türkiyə, gümüş medala isə Polşa komandası sahib çıxdı.

21:00 / 27.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 8714
Bu ay: 381135
Ümumi: 10910726
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın