/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Boksçularımız qızıl medal qazandılar

Şriftin ölçüsü:  11px13px15px17px

Oyunlarının boks yarışlarında 3 idmançımız, Albert Səlimov, Pərviz Bağırov və Abdulqadir Abdullayev qızıl medal qazanıb. 75 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Xeybula Musalov gümüş medala sahib çıxıb. Kişilər arasında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Albert Səlimov finalda Fransa boksçusu Sofian Oumiha ilə üz-üzə gəldi. Qarşılaşma açıq döyüş şəraitində keçidi. Təcrübəli boksçumuz çaşdırıcı zərbələrlə rəqibinə çətin anlar yaşatdı. Üstünlüyünü sonadək qoruyan təmsilçimiz 3-0 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Və birinci Avropa Oyunlarının çempionu oldu. İkinci qızıl medal isə 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırovdan gəldi. Təmsilçimiz Avropa Oyunlarının çempionu adı uğrunda təcrübəli Rusiya boksçusu Aleksandır Besputinlə rinqə çıxdı. Görüş qarşılıqlı zərbələrlə yadda qaldı. Qarşılaşmanın son iki raundunda Pərviz tam üstünlüyü ələ aldı. Hakimlərin rəyinə əsasən hər üç raundda üstün olan təmsilçimiz 3-0 hesablı qələbəni bayram etdi. 91 kiloqram çəki dərəcəsində mübarizə aparan Abdulqadir Abdullayevin finaldakı rəqibi Qevorq Manukian isə zədə səbəbindən döyüşə çıxmadı. Və Abdulqadir Avropa oyunlarının çempionu elan edildi. Bununla da, Azərbaycanın aktivinə 21-ci qızıl medal yazıldı. 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Xeybula Musalov isə finalda büdrədi. O, İrlandiya boksçusu Mixael Orielli ilə qarşılaşmadan məyus ayrıldı. Bununla da, Xeybula Musalov gümüş medalla kifayətləndi. Bunula da Avropa Oyunlarında boks yarışları başa çatdı. Nurlan Vilayətoğlu

21:00 / 27.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 3875
Bu ay: 238780
Ümumi: 14373141
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın