/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Daha bir zəfər günü bayram edildi

Şriftin ölçüsü:  11px13px15px17px

«Bakı 2015» ilk Avropa Oyunlarında ölkəmizin idman şərəfini qoruyan idmançılarımızın qələbəsinə həsr olunan zəfər bayramı davam edir. Bu dəfə stendə öz adlarını yazanlar Elvin Məmişzadə, Lorenso Sotomayor, İlham Zəkiyev, Səbinə Abdullayeva və Zakir Həsənov oldu. Qalibləri Milli Olimpiya Komitəsinin vitse- prezidenti Çingiz Hüseynzadə mükafatlandırdı.
İdmançılar Azərbaycana medal qazandırdıqları üçün çox sevincli idilər. Onlar əsl bayram əhval-ruhiyyəsində idilər. Cüdo üzrə keçirilən yarışlarda Azərbaycana ilk qızıl medal qazandıran İlham Zəkiyev qələbəsini Azərbaycan xalqına və xüsuilə, ölkə başçısına həsr etdiyini deyir. Daha bir qızıl medal sahibi boksçu Elvin Məmişzadə isə qalibiyyətə asanlıqla nail olmayıb. O, rəqibini məğlub etmək üçün bir qədər əziyyət çəkib. Yarış bürünc medalçı Zakir Müslimov üçün də gərgin keçib. Lakin həm çəkdiyi əziyyət, həm də azarkeşlərin dəstəyi ona böyük güc verib.
Onların bu qələbələri ilə yanaşı, gələcək planları da qürurvericidir. Hər biri ayrı-ayrılıqda Azərbaycanı daha böyük oyunlarda təmsil etmək, beynəlxalq arenalarda himnimizi səsləndirmək və bayrağımızı yüksəklərə qaldırmaq niyyətindədir. Uğur və zəfərlər arzusuyla.

Rövşən Abdurəhmanlı

17:00 / 27.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 4306
Bu ay: 239211
Ümumi: 14373572
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın