/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Cudo yarışları davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Oyunlarında cüdo yarışları davam edir. Bu gün daha 5 təmsilçimiz çempionluq marafonuna çıxsa da, hamısı artıq mübarizəni dayandırıb.
90 kq çəki dərəcəsində Ramin Qurbanov 1/16 finalda Portuqaliya təmsilçisi Çelio Diası vaxtından əvvəl məğlub etdi. Raminin 1/8 finaldakı rəqibi macarıstanlı Kristian Totndur. 100 kq-da Elxan Məmmədov xorvatiyalı Zlatko Kuriçlə qarşılaşdı. Balkanlını ipponla üstələyən dünya çempionumuz növbəti mərhələyə adladı. Burada isə Çex Respublikası təmsilçisi Lukas Krpaleklə münasibətləri aydınlaşdıran Elxan, məğlubityyətlə barışdı. Eyni çəkidəki digər güdoçumuz Elmar Qasımov 1/8 finalda Portuqaliyanın bayrağı altında çıxış edən Jorse Fonseka ilə üz-üzə gəldı. Rəqibinin ippon fəndindən qaça bilməyən Elmar, medal arzularının üstündən xətt çəkdi. Mütləq çəkidə Uşanqi Kokauri yarışa qələbə ilə başladı. Amma sloveniyalı Matyaz Çerayı vaxtından əvvəl məğlub edən Uşanqi, növbəti mərhələdə gürcüstanlı Levani Matiaşvili ilə bacarmadı. Zəriflərin mübarizəsindəki yeganə təmsilçimiz Günel Həsənli isə ilk görüşdəcə italiyalı Assunta Qaleoneyə uduzdu.

15:00 / 27.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 4010
Bu ay: 238915
Ümumi: 14373276
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın