/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Boksçularımız iki qızıl medal qazandı

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Oyunlarında Azərbaycan boksçuları daha iki qızıl medal qazanıblar. Hər iki təmsilçimiz - Elvin Məmişzadə və Kollazo Sotomayor finalda da qələbə qazanaraq «Bakı-2015»in çempionu olublar. Yarımfinalda mübarizə aparan 4 boksçumuz Albert Səlimov, Pərviz Bağırov, Xeybula Musalov və Abdulqadir Abdullayev isə finala yüksəlib. Qadınların mübarizəsindəki təmsilçimiz Yana Alekseyevna isə bürünc medalla kifayətlənib. 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə finalda italiyalı Vinçenzo Pikardi ilə qarşılaşdı. Rinqdə əsl meydan sahibi kimi döyüşən Elvin rəqibinə göz açmağa imkan vermədi. Hər üç raundda üstün olan idmançımız yekunda 3-0 hesabı ilə qələbə qazandı. Bununla da o, Azərbaycana daha bir qızıl medal sevinci yaştdı. İkinci qızıl medal isə 64 kiloqram çəki dərəcəsində mübarizə aparan Kollazo Sotomayordan gəldi. Təmsilçimiz Avropa Oyunlarının çempionu adı uğrunda İtaliya təmsilçisi Vinçenzo Manqikapreni ilə qarşılaşdı. Əsl final döyüşü kimi yadda qalan qarşılaşmada Kollazo rəqibinə çətin anlar yaşatdı. Təmsilçimizin tam üstünlüyü şəraitində keçən görüşdə Kollazo 3-0 hesabı ilə Avropa Oyunlarının çempionu oldu. Kişilər arasında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Albert Səlimov finala gedən yolda İrlandiya boksçusu Sian Makkombla üz-üzə gəldi. Görüş təmsilçimizin tam üstünlüyü şəraitində keçdi. Albert bu dəfə də üz üzə döyüşdən çəkinmədi. Sonadək əzmlə döyüşən təmsilçimiz 3-0 hesabı ilə qalib gəlib finala yüksəldi. Azərbaycanı 69 kiloqram çəki dərəcəsində təmsil edən Pərviz Bağırov da komanda yoldaşından geri qalmadı. Təmsilçimiz finala yüksəlməklə azarkeşləri coşdurdu. O, İngiltərə təmsilçisi Coş Kelliyə heç bir şans vermədi. Hər 3 raunddə zərbələri daha dəqiq olan Pərviz Üstünlüyünü sonadək qorudu. 3-0 hesabı ilə qələbə qazanan təmsilçimiz özü üçün Avropa Oyunlarının azı gümüş medalını təmin etdi. Pərviz Bağırovun finaldakı rəqibi rusiyalı Aleksandr Besputin olacaq. 75 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Xeybula Musalov da finala yüksəldi. O, finala gedən yolda Macarıstan təmsilçisi Zoltan Harksanı məyus etdi. Təmsilçimiz yaxın döyüşdə peşəkarlıq nümayiş etdirdi. Gərgin keçən döyüş təmsilçimizin qələbəsi ilə bitdi. 2-1. Bununla da, daha bir boksçumuz finalda qızıl medal uğrunda mübarizəyə qoşuldu. Xeybula finalda qızıl medal uğrunda Mixael Orielli ilə qarşılaşacaq. Qadınlar arasında 57-69 kiloqram çəki dərəcəsində mübarizə aparan Yana Alekseyevna isə yarımfinalda bürdrədi. İrlandiya təmsilçisi ilə döyüş bərabər mübarizə şəraitində keçdi. Elə raundların nəticəsində də bərbarəlik qeydə alındı. Amma sonda hakimlər qələbəni İrlandiyalıya verdilər. Nurlan Vilayətoğlu

21:00 / 26.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 22862
Bu ay: 128134
Ümumi: 14262495
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın