/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

4 boksçumuz finala yüksəldi

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Oyunlarında boks həyəcanı davam edir. 4 boksçumuz Albert Səlimov, Pərviz Bağırov, Xeybula Musalov və Abdulqadir Abdullayev «Bakı-2015-in» finalına yüksəlib. Qadınların mübarizəsindəki təmsilçimiz Yana Alekseyevna isə bürünc medalla kifayətlənib. Kişilər arasında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Albert Səlimov finala gedən yolda irlandiya boksçusu Sian Makkombla üz-üzə gəldi. Görüş təmsilçimizin tam üstünlüyü şəraitində keçdi. Albert üzbəüzə döyüşdən çəkinmədi və sonadək əzmlə döyüşdü. Təmsilçimiz 3-0 hesabı ilə qalib gələrək finala yüksəldi. Azərbaycanı 69 kiloqram çəki dərəcəsində təmsil edən Pərviz Bağırov da komanda yoldaşından geri qalmadı. Təmsilçimiz finala yüksəlməklə azarkeşləri coşdurdu. O, ingiltərə təmsilçisi Coş Kelliyə heç bir şans vermədi. Hər 3 raundda zərbələri daha dəqiq olan Pərviz üstünlüyünü sonadək qorudu. 3-0 hesabı ilə qələbə qazanan təmsilçimiz özü üçün Avropa Oyunlarının ən azı gümüş medalını təmin etdi. Pərviz Bağırovun finaldakı rəqibi rusiyalı Aleksandr Besputin olacaq. 75 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Xeybula Musalov da finala yüksəldi. O, finala gedən yolda Macarıstan təmsilçisi Zoltan Harksanı məyus etdi. Təmsilçimiz yaxın döyüşdə peşəkarlıq nümayiş etdirdi. Gərgin keçən döyüş təmsilçimizin qələbəsi ilə bitdi. 2-1. Bununla da, daha bir boksçumuz finalda qızıl medal uğrunda mübarizəyə qoşuldu. Xeybula finalda qızıl medal uğrunda mixael orielli ilə qarşılaşacaq. Nurlan Vilayətoğlu

17:00 / 26.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 1928
Bu ay: 151669
Ümumi: 14286030
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın