/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

“Zəfər günləri” layihəsi davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

“Bakı - 2015” birinci Avropa Oyunlarının azərbaycanlı qaliblərinin mükafatlandırılmasına həsr olunan “Zəfər günləri” layihəsi davam edir. Mərasimin on beşinci günündə ötən gün ölkəmizə qələbə sevinci yaşadan idmançılarımızın uğurları bayram edilib. Milli Olimpiya Komitəsində baş tutan mərasimdə ilk olaraq ötən günün ulduzları, 81 kiloqram çəki dərəcəsində mübarizə apararaq fəxri kürsünün ən yüksək pilləsinə qalxan boksçumuz Teymur Məmmədov, boksçu, bürünc mükafat sahibi Tayfur Əliyev , cüdo üzrə gümüş mükafatçı Orxan Səfərov, qılıncoynatma yarışında komandamıza ikincilik qazandıran Sevil Bünyatova və bürünc medal sahibi Sevinc Bünyatova mükafatlandırıldı. Daha sonra onlar komitədə yarışlar zamanı qələbə qazanan idmançılarımızın şərəfinə qurulan stendə öz imzalarını atdılar. Zəfər sevincini bizimlə bölüşən Teymur Məmmədov Bildirdi ki, bu qələbə ona elə də asan başa gəlməyib. Qazandığıdı uğura görə isə məşqçilərinə minnətdardı. Adlarını tarixə yazdıran Tayfur Əliyev və Orxan Səfərov da uğurlarının sevincini yaşayırdılar. Onlar da həm özlərinə, həm də bütün Azərbaycan xalqın unudulmaz anlar yaşatdıqlarından fəxrlə danışdılar. Bu qələbə bizim karyeramızda ilk uğurumuz idi. Bunun üçün çox sevinirik. Birinci Avropa Oyunlarında əldə etdiyimiz zəfər bizə gələcəkdəki yarışlara daha da əzmlə çalışmaq üçün bir stimul oldu. Bunu isə “Zəfər günləri” nin qadın zəfərçiləri bizimlə söhbətlərində bildirdilər. Təbriklərdən və mükafatlandırmadan sonra tədbir çal - çağırla davam etdi. “Bakı 2015” in simvolları nar və ceyranın mərasimdə iştirakı, eləcə də Gülyaz və Gülyanaq məmmədovaların iifaları “Zəfər günü»-nün qonaqlarının əyləncəsinə rəng qatdı. Aysel Nəbiyeva

17:00 / 26.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 2141
Bu ay: 151882
Ümumi: 14286243
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın