/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Boksçularımız uğurlu çıxış edir

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Oyunlarında boks həyəcanı davam edir. 4 boksçumuz Albert Səlimov, Pərviz Bağırov, Xeybula Musalov və Abdulqadir Abdullayev «Bakı-2015-in» finalına yüksəlib. Qadınların mübaarizəsindəki təmsilçimiz Yana Alekseyevna isə bürünc medalla kifayətlənib. Kişilər arasında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Albert Səlimov finala gedən yolda İrlandiya boksçusu Sian Makkombla üz-üzə gəldi. Görüş təmsilçimizin tam üstünlüyü şəraitində keçdi. Albert bu dəfə də üz üzə döyüşdən çəkinmədi. Sonadək əzmlə döyüşən təmsilçimiz 3-0 hesabı ilə qalib gəlib finala yüksəldi. Azərbaycanı 69 kiloqram çəki dərəcəsində təmsil edən Pərviz Bağırov da komanda yoldaşından geri qalmadı. Təmsilçimiz finala yüksəlməklə azarkeşləri coşdurdu. O, İngiltərə təmsilçisi coş kelliyə heç bir şans vermədi. Hər 3 raunddə zərbaləri daha dəqiq olan Pərviz üstünlüyünü sonadək qorudu. 3-0 hesabı ilə qələbə qazanan təmsilçimiz özü üçün Avropa Oyunlarının azı gümüş medalını təmin etdi. Pərviz Bağırovun finaldakı rəqibi rusiyalı Aleksandr Besputin olacaq. 75 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Xeybula Musalov da finala yüksəldi. O, finala gedən yolda Macarıstan təmsilçisi Zoltan Harksanı məyus etdi. Təmsilçimiz yaxın döyüşdə peşəkarlıq nümayiş etdirdi. Gərgin keçən döyüş təmsilçimizin qələbəsi ilə bitdi. 2-1. Bununla da, daha bir boksçumuz finalda qızıl medal uğrunda mübarizəyə qoşuldu. Qadınlar arasında 57-69 kiloqram çəki dərəcəsində mübarizə aparan Yana Alekseyevna isə yarımfinalda bürdrədi. İrlandiya təmsilçisi ilə döyüş bərabər mübarizə şəraitində keçdi. Elə raundların nəticəsində də bərbarəlik qeydə alındı. Amma sonda hakimlər qələbəni irlandiyalıya verdilər. 91 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Abdulqadir Abdullayev yarımfinalda rusiyalı Sadam Məhəmmədovla qarşılaşdı. Boksçumuz hər üç raundda da rəqibindən üstün olub və qarşılaşmanı öz xeyrinə bitirə bilib. Abduqadir Abdullayev finala yüksəlməklə Avropa Oyunlarının azı gümüş medalını özünə təmin edib. Nurlan Vilayətoğlu

15:00 / 26.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 37
Bu gün: 8486
Bu ay: 298471
Ümumi: 14432832
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın