/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Cüdo yarışları davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Oyunlarında cüdo yarışları davam edir. Tatamiya çıxan 5 idmançımızın heç birinin mükafatçılar sırasına düşməyəcəyi artıq dəqiqdir. Avropa Oyunlarında bu gün 8 cüdoçumuz medallara iddia etsə də, onlardan 4-ü mübarizəni elə ilkin mərhələdəcə dayandırdı. Yalnız 63 kq çəki dərəcəsindəki təmsilçimiz Xanım Hüseynovanın güsü 1 rəqibinə çatdı. Makedoniyalı Katerina Nikoloska üzərindəki qələbə xanımın yarışdakı yeganə sevinci oldu. Belə ki, 1/8 finalda fransalı Çarliz Aqbeynenou idmançımıza dur dedi. Eyni çəkidə Nuriyyə Axundova polşalı Aqata Ozdobaya uduzub. Ağırlığı 70 kq-dək olan cüdoçularla mübarizə aparan Validə Mirzəzadə belçikalı Roksane Taeymansa, Nərgiz İbrahimova isə xorvatiyalı Barbara Matiçə məğlub olub. 73 kq-da isə Rüstəm Orucov Çex Respublikasını təmsil edən Yaromir Yezeklə bacarmayıb. Digər 3 təmsilçimiz paracüboçuların yarışında qüvvəsini sınayacaq. 2 qat papalimpiya çempionu İlham Zəkiyev ən ağırların mübarizəsinə yarımfinaldan qatılacaq. Yeni çəkidə Zakir Mislimov 1/4 finalda ukraynalı Oleksandr Pominovla üz-üzə gələcək. Səbinə Abdullayeva isə 57 kq çəki dərəcəsində Monika Herrero ilə münasibətləri aydınlaşdıracaq.

15:00 / 26.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 2131
Bu ay: 151872
Ümumi: 14286233
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın