/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Cüdo yarışlarına maraq böyükdür

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Oyunlarında cüdo yarışları «Rio-2016» Olimpiada Oyunlarına lisenziya xalları verdiyində bu idman növünə maraq böyük olub. Onu deyək ki, yarışlarda həm də cüdo üzrə Avropa çempionatının ən güclüləri də müəyyən edilib. Avropa oyunları nüfuzlu idman yarışı sayıldığından bu yarışdakı nəticələr həm də cüdo üzrə Avropa çempionatı üçün əsas götürülüb.
Cüdo yarışlarında dünyanın demək olar ki, bütün ölkələrindən media nümayəndələri iştirak edirdi. Bu isə təbii ki, bakıda keçirilən oyunlara verilən önəmin göstəricisidir. Yarışlara gəlincə, 66 kq-dək kişilərin yarışında təmsiçimiz Nicat Şıxəlizadə yarışa uğurlu start verdi. Lakin finaladək irəliləyə bilmədi. Bürünc medal uğrunda yarışda isə təmsilçimiz Mixayıl Pulyaevə uduzaraq Avropa Oyunlarında medalsız qaldı. 60 kq-dək kişilərin yarışında mübarizəyə qoşulan təmsiçimiz Orxan Səfərovun çıxışı isə uğurlu oldu. Səfərov ilk olaraq belaruslu Arif Bağırovdan güclü oldu. Sonra isə isveçrəli Ludoviç Çanmartini üstələdi. Finalda rusiyalı Beslan Murdanova məğulb olan Orxan Səfərov Avropa Oyunlarının və cüdo üzrə Avropa çempionatının gümüş medalı ilə kifayətlənməli oldu.
Qadınlar arasında mübarizəyə qoşulan təmsiçilərimizdən isə heç biri medal qazana bilmədi. Çəkisi 57 kq-dən olan qadınların yarışında hamıdan güclü portuqaliyalı cüdoçu Telmo Monteyro oldu. Rumıniyalı Andrea Çitu isə 52 kq çəki dərəcəsində lider olduğunu bir daha sübut etdi. Çəkisi 48-kq dək olan qadınların yarışında isə daha gərgin mübarizə yaşandı. Xüsusilə türkiyəli Ebru Şahinin final görüşü azarkeşlərin böyük marağına səbəb oldu. Bu mərhələdə qələbəni isə Çarlin Vann Snik bayram etdi. Belçikalı cüdoçu Avropa oyunlarının və Avropa çempionatının qızıl medalını qazandı.
Qeyd edək ki, cüdo üzrə digər çəki dərəcələrində yarışlar bu gün davam edir.

Vüsal Qaraca

09:00 / 26.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 9292
Bu ay: 260755
Ümumi: 14395116
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın