
«Bakı-2015" birinci Avropa Oyunlarında qılıncoynatma yarışları davam edir. Qılıncoynatma yarışlarında daha iki dəst medalın sahibləri müəyyənləşib. 4 qadın idmançımız sablya növündə yarışıb. Yarışların üçüncü günündə kişilər rapira, qadınlar isə sablya növündə mübarizə aparıblar. Qadınlar arasında sablya növü üzrə fərdi yarışlarda 36 idmançı 6 qrupda güclərini sınayırdılar. Azərbaycan qılıncoynadanlarından, Sevil, Sevinc Bünyadovalar, Fatimə İbrahimova, Səbinə Mikina növbəti mərhələyə yüksəlsə də yalnız sevinc və sevil bünyadova bacıları uğurlu nəticə göstərdilər. Belə ki, finaladək maneəsiz irəliləyən Sevil Bünyadova qızıl medal uğrunda görüşdə polşalı Anjelika Vatora məğlub oldu və birinci Avropa Oyunlarını ikinci pillədə başa vurdu.
Sevinc Bünyadova isə "Bakı-2015"in bürünc medalına sahib oldu Qızıl medalın sahibi isə polşalı Atlet Anjelika vatora oldu.
Kişilərin yarışında isə italiyalı Alessio Fakoni fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Rusiyalı Timur Arslanov gümüş medalla kifayyətlənməli oldu.
Qeyd edək ki, kişilər arasında qılıncoynatmanın rapira növündə fərdi yarışda ölkəmiz təmsil olunmurdu.
Tural Azəroğlu
09:00 / 26.06.2015