/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Jüdoçuların mübarizəsi başladı

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Oyunları çərçivəsində daha bir idman növü üzrə yarışlar başladı. Heydər Əliyev adına İdman Arenası bu dəfə jüdoçuların ixtiyarına verilib. Avropa Oyunlarında medal ümidlərimizdən olan cüdoçularımızdan hələ ki, 1-i etimadı doğrultmaqdadır. 66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov yarımfinaladək qarşısına çıxanı yolundan kənarlaşdırı. 1/8 finalda Belarusu təmsil edən soydaşımız Arif Bağırovu məğlub edən Orxan, 1/4 finalda isveçrəli Lüdovik Çammartinə də eyni aqibəti yaşatdı. Həlledici görüşə adlamaq üçün isə Səfərov ispaniyalı Fransisko Karrigosa da gücünü göstərməlidir. O Karrigosa ki, 1/8 finalda digər cüdoçumuz İlqar Müşkiyevi məğlub edib. Ağırlığı 66 kq-dək olan cüdoçularla qurşaq tutan Nicat Şıxəlizadə 1/16 finalda türkiyəli Sinan Sandalı ipponla yolundan kənarlaşdırdı. Ardınca isə italiyalı Elio Verdeyə şans verməyən Nicat, 1/4 finalda portuqaliyalı Serjiu Oleyniçlə uduzdu. Bu çəkidəki digər təmsilçimiz Tərlan Kərimov rusiyalı Mixayıl Pulyayevlə bacarmadı. 48 kq çəki dərəcəsində yarışan Leyla Əliyeva 1/16 finalda sloveniyalı Kristina Vrsiçi cərimə xalı ilə üstələsə də, növbəti mərhələdə belçikalı Çarlin van Snik idmançımıza dur dedi. Eyni çəkidə Ayşə Qurbanlı Oyunlara rusiyalı Kristina Rumyantseva üzərində inamlı qələbə ilə start versə də, uğurun davamını gətirə bilmədi. Italiyalı Valentina Moskatt Ayşəni ipponla məğlub etdi. 52 kq çəki dərəcəsində israill Roni Şvartsa uduzan Səkinə Zayirova mübarizəni erkən dayandırdı. 57 kq-da yarışa qatılan Kifayət Qasımovaya isə serbiyalı Yovana Rogiç, kifayətdir, dedi.

19:00 / 25.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 1923
Bu ay: 151664
Ümumi: 14286025
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın