/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Basketbolçularımız uğurlu çıxış edir

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Oyunlarının basketbolun üçün-üçə növü üzrə yarışlarında kişi və qadın idmançılar arasında səkkizdə bir final mərhələsinin oyunları keçirilir. İlk olaraq mübarizəyə qadın basketbolçular qoşulublar. Millimizin yer aldığı qrupu lider kimi tamamlayan isveçrəlilər bu dəfə israilə heç bir şans verməyərək 14:7 hesablı qələbəyə seviniblər. Sloveniya isə Belçika millisi üzərində 14:11 hesablı qələbə qazanıb. Bu nəticə ilə İsveçrə və Sloveniya bu gün saat 20:30-da 4-də bir final mərhələsində qarşılaşacaqlar. Bundan başqa Ukrayna-Slovakiyanı, Yunanıstan isə Ruminyanı məğlubiyyətə uğradıb. Bu dəqiqələrdə isə millimiz litvalı həmkarlarını sınağa çəkirlər. Kişilər arasında mübarizəyə isə Sloveniya-İsveçrə, Yunanıstan - Belçika oyunları ilə start verilib. Sloveniya-İsveçrəni 16:14, Yunanıstan isə Belçikanı 21:12 hesabı ilə məğlubiyyətə uğradıb. Qalib komandalar bu gün saat 21-də 4-də bir final mübarizəsində qarşılaşacaqlar. Digər qarşılaşmalarda Rusiya-Estonyadan, Çexiya isə Ruminyadan üstün olaraq 4-də bir finalda iştirak etmək hüququ qazanıblar. Saat 20.00-da isə kişi basketbolçularımız İsraili məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanmağa çalışacaq.

17:00 / 25.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 4016
Bu ay: 238921
Ümumi: 14373282
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın