/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Üzgüçülük yarışlarının daha bir neçə növü üzrə qaliblərin adları məlum oldu

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Oyunlarında üzgüçülük yarışlarının daha bir neçə növü üzrə medalçılarn adları məlum olub. Növbəti yarış günündə də azarkeşlər gərgin və maraqlı mübarizənin şahidi olublar.
İlk olaraq kişilər arasında arxası üstə 100 metr məsafəyə üzmə yarışına start verildi. 8 atletin mübarizə apardığı yarışda böyük britaniyalı Luke Greenbank hamını qabaqlamağı bacardı və Avropa Oyunlarının qızıl medalına sahibləndi. Rusiya təmsilçisi Filip Şopin rəqibindən 0,05 saniyə geri qalaraq gümüş medalla kifayətləndi. Almaniyalı Marek Ulrix isə üçüncü oldu.
Kişilər arasında 200 metr məsafədə brass yarışlarında da idmançılar arasında gərgin mübarizə getdi. Lakin sonda ruslar ikiqat sevinən tərəf oldular. Anton Çupkov hamını qabaqlayaraq Avropa Oyunlarının qalibi adını qazandı. Onun komanda yoldaşı Kiril Mordaşev gümüş medala yiyələndi. Üçüncü yerin qalibi isə böyük britaniyalı Luke Davis oldu.
Kişilər arasında 1500 metr məsafədə sərbəst üzmədə ən sürətlini seçmə yarışlarında isə qalibi müəyyən etmək üçün 15 dəqiqə 14 saniyə vaxt kifayət etdi. Fransalı atlet Nikolas Doriano hamını qabaqlayaraq çempionluğu bayram etdi. Rusiya təmsilçisi Ernest Maksumov yarışların gümüş mükafatını qazandı. İsrail təmsilçisi mark hinavi isə üçüncülüklə kifayətləndi.
Qarışıq sərbəst ötürmə yarışlarında isə Rusiya, Böyük Britaniya və Almaniya təmsilçiləri hamıdan üstün oldular. Rusiyalı dördlük isə finişə daha tez çataraq birinci yeri qazandı. Böyük britaniyalılar ikinci , Almaniya təmsilçiləri isə üçüncülüklə kifayətləndilər. Qadınlar arasında 200 metr məsafədə arxası üstə üzmə yarışlarında isə yenə də Rusiya təmsilçiləri qızıl medalı qazandılar. Polina Yegorova lider kimi başa vuraraq Avropa Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Almaniyalı Maxine Volters yarışların gümüş medalına yiyələndi. Ukkraynalı Marina Kolesnikova isə bu növdə üçüncü oldu. Qadınlar arasında 100 metrlik məsafəyə fərdi yarışlarda isə Niderland təmsilçisi Marrit Steenberq hamıdan güclü olduğunu göstərdi. Niderlandı atlet yarışların qızıl medalına sahibləndi. Rusiyalı Arina Openişeva isə ikinci oldu. Rusiyanın daha bir təmsilçisi Mariya Kameneva isə bürünc medalı aktivinə yazdırmağı bacardı.
Qeyd edək ki, üzgüçülüyün digər növləri üzrə yarışlar bu gün də davam edir.

Vüsal Qaraca

09:00 / 25.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 36
Bu gün: 8087
Bu ay: 298072
Ümumi: 14432433
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın