/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Yarışlara maraq böyükdür

Şriftin ölçüsü:  11px13px15px17px

“Olımpiya Stadionunda bağlanış mərasiminə hazırlıqlar artıq başlayıb”. Bunu Bakı-2015 ilk Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib. Bildirib ki, tamaşaçıları sürpirzlərlə dolu anlar gözləyir.
Ötən gün keçirilən 12 yarışı 17 mın 716 tamaşaçı izləyib. Bu isə orta hesabla, 84 faız deməkdir. Yarışlara nəzərdə tutulan 12 min biletdən əlavə daha 5000 -i satılıb. Oyunlarda iştirakını başa vuran 1500 ıdmançı isə ölkəni tərk edib. Kleq sabah keçiriləcək yarışlara da artıq hazır olduqlarını dedi.
Oyunları işıqlandırmaq üçün 1288 jurnalist qeydiyyatdan keçib. Bu isə böyük göstəricidir, deyən Saymon Kleq, bəzi xarici mətbuat orqanlarında gedən qərəzli yazıları absur adlandırdı.
O da vurğulandı ki, küçə atletıkası yenilik olduğundan, tamaşaçıların marağına səbəb olacaq. Mətbuat konfransında iştirak edən Bakı-2015 ilk avropa oyunlarında sambo idman növü üzrə 52 kq çəki dərəcəsində mübarızə aparan və yalnız finalda məğlub olaraq gümüş medal qazanan Nəzakət Xəlilova və karate idman növü üzrə bürünc medal sahibi İlahə Qasımova, yarışların çətin mübarizə şəraitində keçdiyini, rəqıblərinin güclü olduğunu bildirdilər.
İlk Avropa Oyunlarında iştirak edən bütün xarici idmançılara hədıyyə olaraq xatirə medalı verılır. Bildirildi ki, onların apardığı ən böyük xatırə isə ilk Avropa Oyunlarında ıştırak və Azərbaycan haqqında təəssüratlardır.

Simnarə Həmidqızı

15:00 / 24.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 10023
Bu ay: 544925
Ümumi: 15311466
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın