/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Üzgüçülüyün bir neçə növü üzrə qaliblər məlum oldu

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Oyunlarında üzgüçülər öz məharətlərini göstəriblər. Üzgüçülüyün bir neçə növü üzrə həm qadınlar, həm də kişilər arasında medalların sahibləri də artıq məlumdur. İlk olaraq qadınlar arasında 400 metr məsafədə fərdi yarışlara start verildi. Start fitindən dərhal sonra üstünlüyü ələ alan italiyalı İlario Cusinato sonda böyük britaniyalı Əbbi Vooda təslim oldu. 16 yaşlı Əbbi Vood Avropa Oyunlarının qızıl medalına, İlario Cusinato isə gümüş medala sahibləndi. Serbiyalı Anja Crever isə 400 metr məsafəyə fərdi yarışlarda Avropa Oyunlarının bürünc mükafatçısı oldu.
Qadınlar arasında qurbağa üzgüçülüyündə 50 metr məsafəni ruslar daha tez başa vurdular. Bununla da onlar daha bir qızıl medalı aktivinə yazmağı bacardılar. Mariya Ataşkina bu növdə hamıdan üstün oldu. Rusiyalı 16 yaşlı atlet sözügedən məsafəni 31,58 saniyəyə başa vurdu. Almanyalı Laura Kelş oyunların gümüş medalına sahibləndi. Fransalı Norven Helve isə bürünc medalla kifayətləndi.
Qadınlar arasında 800 metr məsafədə sərbəst üzgüçülük yarışlarında qalibi müəyyən etmək üçün 8 dəqiqə 39,02 saniyə vaxt kifayət etdi. Böyük britaniyalı Holli Hibbott yarışları lider kimi başa vurdu və Avropa Oyunlarında fəxri kürsünün ən yüksək pilləsində yer aldı. Rusiyalı anastasiya kirpiçnikova birinci olmaq üçün əlindən gələni etsə də, ikinciliklə kifayətləndi. Finiş xəttinə 3-cü çatan isə ispaniyalı atlet Marina Kastro Atalaya oldu. Qadınlar arasında sərbəst ötürmə yarışlarında da rusiyalılar qələbəni bayram etdilər. Rusiyalı atletlər yarışı 3 dəqiqə 43,63 saniyəyə başa vurmaqla qızıl medalları boyunlarından asdılar. Niderland kollektivi isə gümüş medallara sahibləndi. Fərdi yarışlarda yüksək nəticələr göstərən böyük britaniyalı atletlər isə sərbəst ötürmələrdə üçüncülüklə kifayətlənməli oldular.
Kişilər arasında sərbəst ötürmə yarışlarında isə böyük britaniyalı atletlər birincliyi əldə etdi.

09:00 / 24.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 556
Bu ay: 29494
Ümumi: 17249947
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın