/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Boksçularımız yarımfinalda

Şriftin ölçüsü:  11px13px15px17px

«Bakı-2015» birinci Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsində bu gün daha 8 çəki dərəcəsində yarımfinalçıların adlarına aydınlıq gəlib. Bu çəki dərəcələrinin 5-də kişi, 3-də qadın boksçular rinqə çıxıblar. Azərbaycan üçün uğurlu olan yarışlarda 6 idmançımız qüvvəsini sınayıb və onlardan 5-i yarımfinalda iştirak hüququ qazanıb. Qadınlar arasında 51-54 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Anna Əlimərdanova dörddəbir final mərhələsində Bolqarıstan təmsilçisi Stanimira Petrova ilə üz üzə gəldi. Qarşılıqlı zərbələrlə yadda qalan görüş təmsilçimiz üçün çətin keçdi. Yekunda zərbələri daha dəqiq olan anna 3-0 hesablı qələbəni bayram etdi.
Anna finala gedən yolda Rusiya təmsilçisi Yelena Savelyeva ilə qarşılaşacaq. 60-64 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Yelena Vistrapova isə İngiltərə təmsilçisi Sendi Ryanla rinqə çıxdı. Təmsilçimiz ilk raundu hesabına yazsa da, digər raundlarda üstünlüyü əldən verdi. Bununla da, İngiltərə təmsilçisi növbəti mərhələyə keçdi.
Kişilər arasında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Albert Səlimov isə azərkeşləri sevindirdi. Albert Bolqarıstan təmsilçisi ilə qarşılaşdı. İlk dəqiqələrdən üstünlüyü ələ alan təmsilçimiz rəqibinə göz açmağa imkan vermədi. Hər 3 raundda üstün olan Albert 3-0 hesabı ilə inamlı qələbə qazandı.
52 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadənin yarımfinal mərhələsində qarşılaşacağı rəqibi də məlum olub. Eyni çəki dərəcəsində Slovakiya təmsilçisi ilə Ermənistan boksçusu münasibətlərə aydınlıq gətiriblər. Slovakiya təmsilçisi Viliam Tanko erməni rəqibi Narek Abgaryanı 2-1 hesabı ilə məğlub edib.
6.4 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Kollazo Sotomayor dörddəbir final mərhələsində rumıniyalı rəqibi ilə qarşılaşıb. Təmsilçimiz 3-0 hesabı ilə qalib gələrək yarımfinala keçib. Bununla, o da özünə Avropa Oyunlarının azı bürünc medalını təmin edib. Azarkeşlərə daha bir qələbə sevincini gənclər arasında Avropa çempionu Pərviz Bağırov yaşadıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən döyüşdə bokuscumuz almaniyalı Abas Baraoudan 3:0 hesabı ilə üstün olub. Qeyd edək ki, idmançımız növbəti mərhələdə Böyük Britaniya boksçusu Yoş Kelliyə rəqib olub.
91 kq çəki dərəcəsindən mübarizə aparan Abdulqadir Abdullayev də fransız rəqibi Pol Omba Bionqolonu 3:0 hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinala vəsiqə qazandı. Hakim idançımızın qələbəsini elan edən zaman fransalı bokusçu idmançımıza hücum etdi. Abdulqadir Abdullayevin növbəti mərhələdə rəqibi Almaniya bokuscusuna qalib gələn Rusiya idmançısı Sadam Maqomedov olacaq. Qeyd edək ki, yarımfinala 9 idmançımız çıxıb. Onlar bu hüquqa yiyələnməklə, ən azı bürünc medalı təmin ediblər.

09:00 / 24.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 1025
Bu ay: 416254
Ümumi: 17185587
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın