/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Qrup mərhələsinin ikinci turuna start verilib

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün badminton yarışlarında qrup mərhələsinin ikinci turuna start verilib. Gün ərzində millimizin üzvləri də həm təklərin, həm də cütlərin yarışında qüvvələrini sınayacaqlar. Kişi təklərin yarışında “B” qrupunda yer alan badmintonçumuz Kənan Rzayev maltalı Samuel Kali ilə qarşılaşdı. İlk görüşündə israilli idmançıya uduzan Kənan bu dəfə yerli azarkeşləri sevindirə bildi. İdmançımız ilk setdə rəqibini 21-16, ikinci setdə isə 21-12 hesabı ilə məğlubiyyətə uğratdı.
Turun digər maraqlı qarşılaşması “H” qrupunda keçirildi. Xorvatiyalı Zvonimir Durkinjak fransalı Lukas Korve ilə qarşılaşdı. Gərgin mübarizə şəraitində keçən görüşdə qalib 3 setə müəyyənləşdi. Sevinən tərəf Xorvatiya badmintonçusu oldu.
“A” qrupunda mübarizə aparan macarıstanlı Kraus Cerli isə Yunanıstan təmsilçisi Georgius Çarlanbidisə hər iki setdə qalib gəldi.
Qadınlar arasında fərdi yarışda “A” qrupunda yer alan türkiyəli idmançı Neslihan Yigit qrupda növbəti qələbəsini qazanmaqla liderliyi ələ aldı.
Bu gün, kişilərin və qadınların fərdi, cütlük yarışları, həmçinin qarışıq cütlüklərin görüşləri keçirilir. Kişi cütlərin yarışında “B” qrupunda çıxış edən təmsilçilərimiz bu gün saat 20-də növbəti oyuna çıxacaqlar. Rəqib isə Fransa kollektivi olacaq.

15:00 / 23.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 1954
Bu ay: 165229
Ümumi: 18363389
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın