/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Sambo yarışları başa çatdı

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Oyunlarında bu gün mübarizəyə qoşulan samboçularımız ölkəmizin aktivinə daha 4 medal yazdırmağı bacarıblar. 4 idmançımız final qarşılaşmasına çıxıb. Amma təmsilçilərimizin heç biri qızıl medal qazana bilməyiblər. 74 kq-da mübarizə aparan Amil Qasımov yarışa uğurla başladı. Təmsilçimiz öncə gürcüstanlı Kaxa Mamulaşvilini mübarizədən kənarlaşdırdı. Amil bolqarsıtanlı Martin İvanova da heç bir şans vermədi. Və finala adladı. Bu mərhələdə isə samboçumuz Belarus təmsilçisi Stesiyapan Papuvla üz-üzə gəldi. Təəssüf ki, finalda sevinən tərəf Belaruslu idmançı oldu. 57 kq-da çəki dərəcəsində mübarizə aparan İslam Qasımov da çempionluğun bir addımlığında dayandı. Rumıniyalı Orlando Qruya ilə gürcüstanlı Vaxtangi Çidraşvilini üstələyən İslam, həlledici görüşdə rüsiyalı Aymegen Atkunova uduzdu. Nəticədə Aktunov qızıl, İslam Qasımov isə gümüş medala sahibləndi. Ən ağırların yarışında isə təmsilçimiz Vasif Səfərbəyov ilk görüşündə ukraynalı samboçu Ramzik Tonoyanla üz-üzə gəldi. Rəqibindən açıq aşkar üstün olan Səfərbəyov finalda Rusiya təmsilçisi Artem Asipenko ilə mübarizə aparmalı oldu. Gərgin keçən qarşılaşmada sevinən tərəf ruslar oldu. Vasif Səfərbəyov isə gümüş medalla kifayətləndi. Qızların yarışında isə Nəzakət Xəlilova ölkəmizə qızıl medalı qazandıra bilərdi. Ardıcıl olaraq Kodrina İonesku ilə Ruta Aksionovaya gücünü göstərən nəzakət, finalda rusiyalı Anna Xaritonovaya məğlub olaraq ikinciliklə kifayətləndi. Bununla da Avropa Oyunlarında sambo yarışları başa çatdı. Vüsal Qaraca

09:00 / 23.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 8650
Bu ay: 121870
Ümumi: 16435893
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın