/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Kişilər arasında şosse velosiped yarışları yekunlaşıb

Şriftin ölçüsü:  11px13px15px17px

Birinci Avropa Oyunlarında şosse velosiped idmanı yarışlarına yekun vurulub. Artıq qaliblərin adı məlumdur.
Şosse yürüşündə start xəttinə 124 idmançı çıxdı. Havanın isti olmasına baxmayaraq, yarışa maraq böyük idi. Start fiti səsləndi və gərgin mübarizə başladı. Əsas medal ümidlərimizdən olan Maksim Averin son anda zədə səbəbindən bu yarışa qatılmasa da digər idmançılarımızın mübarizəni davam etdirlilər.
Qtllbyci dövrədən sonra yarışda liderlər qrupu müəyyənləşdi. 5 idmançı rəqiblərini qabaqlayaraq önə çıxdı. Ukraynalı Vitali Buts mübarizəni açıq aşkar lider kimi davam etdirdi. Velosipedçilər artıq 13-cü dövrəni də başa vurdular. Bu dövrəyədək təxminən 4 saat 25 dəqiqə ərzində yol qət edilib. Və hələki ukraynalı velosipedçi vitali buts liderliyi əlində saxlayıb.
Son tur isə daha gərgin keçdi. Ukraynalı idmançını izləyən ikincilər qrupu liderliyi ələ aldılar. Polşalı velosipedçilər yarışın son dəqiqələrinə qədər birinci yerdə qərarlaşdılar. Amma son anda yenə liderlər qrupu dəyişdi. İspaniyalı iki velosipedçi önə çıxdı. Daha sonra Ukrayna və Çexiya təmsilçisi liderlər qrupuna qatıldı. Finiş xəttini isə hamıdan tez ispaniyalı velosipedçi Luis Leon keçdi. Ukrayna təmsilçisi Andrey Qrivko ikinci, çexiyalı velosipedçi Peter Vakok isə üçüncü oldu.
Ölkəmizi təmsil edən Samir Cəbrayılov mübarizəni erkən dayandırdı. Digər təmsilçimiz Elçin Əsədov isə finiş xəttini 55-ci keçdi. Ümumilikdə 124 idmançıdan 60-ı finiş xəttini keçməyi bacardı. Digər velosipedçilər isə yarışı yarıda dayandırdılar.
Vüsal Qaraca

21:00 / 21.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 13271
Bu ay: 28672
Ümumi: 17249125
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın