/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Yüngül atletika yarışlarına start verilib

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Oyunlarında daha bir idman növündə yarışlara start verilib. Bakı Olimpiya Stadionu yüngül atletlərin ixtiyarına verilib. İdmançılarımız da mübarizədə iştirak edirlər. Atletlərimiz arasında ən uğurlu nəticə Hayle İbrahimovla Çaltu Bejinin aktivindədir. Kişilər arasında 1500 m məsafəni 3 dəq. 49,69 san-ə qət edən Hayle finiş xəttini birinci keçdi. Təmsilçimiz 5000 m məsafəyə qaçışda da hamını qabaqlaya bildi. İbrahimov bu məsafə üçün 14 dəq. 2 saniyə sərf etdi. 3000 metr məsafədə maneəli qaçışda isə 10 dəq. 30,58 saniyəlik göstəriciyə malik Çaltuya çatan olmayıb. digər idmançılarımızın nəticələri də pis olmadı.
Kişilər arasında çəkicatma növündə ölkəmizi Dmitri Marşin təmsil edib. «Rio-2016»-ya vəsiqəni artıq təmin edən atletimiz 72,79 xalla mübarizəni üçüncü yerdə tamamladı. Qadınlar arasında 3 təkanla tullanmada Yekaterina Sarıyeva da ilk 3-lükdə qərarlaşıb. Qadınlar arasında 100 m məsafəyə qaçış xəttində Valeriya Balyanina da yer alıb. 100 metri 12,07 saniyəyə qaçan Valeriya 6-ci pillədə qərarlaşıb. Kişilər arasında 400 m məsafəni Arif Abbasov 48,05, qadınların mübarizəsində isə Şəfa Məmmədova 55,97 saniyəyə qaçıb. hər 2 atletimiz finişi beşinci keçib.
Eyni məsafəni 10,76 saniyəyə qət edən Vadim Ryabixin 4-cü yeri tutub. Sarıyeva 13,27 saniyə ilə yalnız İsrail və Slovakiya təmsilçilərindən geri qalıb. Qadınlar arasında şüvüllə tullanmada bacarığını nümayiş etdirən Yelena Qladkova 3,7 metrlik nəticə ilə 4-cü pillədə qərarlaşdı. Bu, həm də Yelenanın mövsümdəki ən yaxşı göstəricisi oldu. Qadınlar arasında disk atma növündə yarışan Hanna Skidan da mövsümdəki ən yaxşı göstəricisinə imza atdı. 49,5 xal alan Hanna ən güclü üçlüyü qapayıb. Lidiya Salixova qadınların 400 m məsafəyə sədli qaçış növündə qüvvəsini sınayıb. Məsafəni 1 dəq. 6 saniyəyə qət edən Lidiya 13 atletdən yalnız 4-nü qabaqlayıb. Bu növdəki digər təmsilçimiz İbrahim Əhmədov 53,92 saniyəlik göstərici ilə 8-ci olub. Kişilər arasında nüvə itələmə yarışlarındakı təmsilçimiz Tofiq Məmmədov isə 8-ci olub. Kişilər arasında 400 m məsafəni Arif Abbasov 48,05, qadınların mübarizəsində isə Şəfa Məmmədova 55,97 saniyəyə qaçıb. Hər 2 atletimiz finişi 5-ci keçib.

21:00 / 21.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 13490
Bu ay: 28891
Ümumi: 17249344
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın