/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Boksçularımız uğurla irəliləyirlər

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Oyunlarının boks yarışlarında mübarizə aparan təmsilçilərimiz uğurla irəliləyirlər. Bu gün mübarizəyə qoşulan 5 bokusçumuzdan ikisi artıq növbəti mərhələyə adlayıb.
Qadınlar arasında 57-60 kiloqram çəki dərəcəsində mübarizə aparan Yana Alekseyevna ilk görüşdə Finlandiya təmsilçisi Mira Potkonenlə qarşılaşdı. İlk dəqiqələrdən üstünlüyü ələ alan təmsilçimiz hesabı sonadək qoruya bildi. Yana hər üç raundun yekun nəticəsinə uyğun olaraq 3-0 hesabı i ilə qələbə çaldı.
Kişilərin yarışında 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırov da azarkeşləri sevindirdi. O, Moldova təmsilçisi Vasilii Belousla rinqə çıxdı. Maraqlı mübarizə şəraitində keçən görüşdə Pərviz açıq-aşkar üstünlük nümayiş etdirdi. Zərbaləri daha dəqiq olan təmsilçimiz 3-0 hesablı qələbəni bayram etdi. Pərvizin növbəti rəqibi də artıq məlumdur. O, dörddəbir finalda Abass Baraouillə münasibətlərinə aydınlıq gətirəcək. Boks yarışlarında 91 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Abdulqədir Abdullayev də ilk döyüşünü qələbəylə başa vurub. O, macarıstanlı rəqibi Adam Hamorini böyük fərqlə məğlub edib. Təmsilçimiz 4-də bir final mərhələsinə yüksəlib.
Nurlan Vilayətoğlu

17:00 / 21.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 2090
Bu ay: 151831
Ümumi: 14286192
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın