/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Atıcıların gərgin mübarizəsi

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Oyunları çərçıvəsındə atıcılıq ıdman növü üzrə kışılər arasında fınal yarışları keçirilib. Bakı Atıcılıq Mərkəzındə baş buş tutan yarışda atletlər 3 dəst medal uğrunda mübarızə aparırlar. Kışılər arasında 50 metr məsafədən 3 vəziyyətdə tüfəngdən atış yarışı başa çatıb. Yarışda Avropa Oyunlarının yenı rekordu müəyyən edilib.
Avropa Oyunlarının 10 cu günündə Bakı Atıcılıq Mərkəzındə kişilər arasında finala çıxmaq üçün təsnifat mərhələsində yarışlara start verilib. Gün ərzində atışlarda yüksək nətıcə göstərən ıdmançılar fınalda üz-üzə gəldi.
50 metr məsafədən 3 vəziyyətdə tüfəngdən atışda hədəf önünə keçən 13 ölkənin 14 atıcısı finala çıxmaq uğrunda mübarizə apardı. Gərgin mübarizə şəraitində baş tutan yarışda belaruslu mahir nişançı Vitali Bubnoviç Avropa Oyunlarında yeni rekorda imza atdı. Təsnifat mərhələsinin sonunda 8 ölkənin nişançıları finala vəsiqə qazandılar.
Fınalda fransalı Valerıan Sauveplane bütün rəqıblərındən üstün olaraq Avropa Oyunlarının qızıl medalına sahıb çıxdı.
Kişilər arsında dairəvi stend yarışında ölkəmizi təmsil edən Emin Cəfərov və Əhədpur Cahangah təsnifat mərhələsində mübarizəni dayndırdı.
Kişilər arasında 25 metrdən tapança ılə sürətlı atəş növündə finala çıxmaq üçün mübarizə aparan təmsilçimiz ruslan lunev növbəti mərhələyə adını yazdıra bilmədi. Qeyd edək ki, atıcılıq yarışlarında ilk yeri tutan idmançılar «Rio-2016» Yay Olimpia Oyunlarına vəsiqə qazanırlar.
Kamil Balakişiyev

17:00 / 21.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 15016
Bu ay: 43954
Ümumi: 17264407
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın