/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Oleq Stepkonun zəfər günü

Şriftin ölçüsü:  11px13px15px17px

Digər oyunlarda olduğu kimi atletlərimiz idman gimnastikasında da öz sözlərini dedilər. Azərbaycanlı gimnast Oleq Stepkonun dünənki yarışlardakı qələbəsi bunu bir daha sübut etdi. O, qazandığı zəfərlə ilk Avropa Oyunlarının rekordunu müəyyənləşdirdi.
21 yaşlı təmsilçimiz 5 mükafata yiyələnərək, yarışlarda ən çox medal qazanan atlet oldu. Bu gün Milli Olimpiya Komitəsində zəfər günü onun şərəfinə təşkil edildi.
Bəli, 7-dən 77 -ə hər kəs Oleqlə fəxr edir, Oleq isə birinci Avropa Oyunlarında çıxış etməsi ilə… Stepko inanır ki, Azərbaycanın gimnastikada qazanacağı uğurlar gələcəkdə daha da çox olacaq.
İdmançımızın qələbəsi hər kəsin sevincinə səbəb olub. Elə bunun nəticəsidir ki, idman zalında olduğu kimi azarkeşləri zəfər günündə də onun yanındaydı.
Avropa Oyunlarında atletlərimizin qələbəsi ilə Azərbaycan gimnastika tarixində yeni bir səhifə açıldı. Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hesab edir ki, yaxın gələcəkdə Azərbaycan həm də gimnastika ölkəsi kimi tanına bilər. Son illər bu sahədəki sürətli inkişaf və oleqin gimnastikadakı rekordu belə deməyə əsas verir.
Oleq Stepkonun qələbəsi isə idmançılarımıza və idmansevərlərə daha böyük stimul verir. Qarşıda isə Azərbaycan idmanı hələ çox zəfərlərə imza atacaq…

17:00 / 21.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 5995
Bu ay: 134617
Ümumi: 14268978
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın