/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Bu gün kamandan oxatma yarışları maraqlı mübarizə şəraitində keçib. Ciddi cəhdlə rəqiblə yarışmasına baxmayaraq idmançımız növbəti mərhləyə adlaya bilməyib

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Oyunları Çərçivəsində daha bir dəst medal Tofiq Bəhramov adına Respublika Stadionunda sahibinə qovuşdu. Kamandan oxatma yarışlarında çempionluğa iddialılar arasında Azərbaycan təmsilçisi də yer alımışdı.
Lakin sözü gedən idman növünün qadınlar arasında fərdi yarışlarındakı son ümidimiz, Olqa Senyuk mübarizəıni 1/16 final mərhələsində dayandırdı. İdmançımız danimarkalı Maya Yagerə layiqincə müqavimət göstərsə də, sonda öz sözünü deyən təcrübə oldu. İlk hissəni danimarkalı atlet 1 xal fərqiylə öndə bitirsə də, növbəti partiyada qalib müəyyənləşmədi. 3-cü yanaşmanı isə Olqa 29:26 hesabı ilə aktivinə yazdırdı. Lakin idmançımızın bundan artığına gücü çatmadı və sonrakı 2 setdə üstün olan Yager, sonda 7:3 hesabı ilə qalib gəldi...
Xatırladaq ki, Olqa Senyuk birinci mərhələdə rumıniyalı Simona Bankilanı 6-5 hesabı ilə üstələyib. Digər 2 təmsilçimiz Yaylagül Ramazanova ilə Nurlana Vəliyeva isə 1/32 finalda müvafiq olaraq gürcüstan və rusiyalı idmançıya uduzub.
Rəşad Məmmədov

15:00 / 21.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 30
Bu gün: 14273
Bu ay: 43211
Ümumi: 17263664
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın