
Avropa Oyunlarında günə medalla başlamışıq. Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası yarışında təmsilçimiz bürünc medal qazanıb.
Batut gimnastikası üzrə yarışların final mərhələsində təmsilçimiz İlya Qrişuninin çıxışı 58,765 balla qiymətləndirildi. Bu göstəricini yalnız Rusiya və Belarus atletləri keçə bildilər. Onlar müvafiq olaraq, qızıl və gümüş medalı qazandılar. İdmançımız isə bürünc medala sevinməli oldu. Qeyd edək ki, bu, İlya Qrişuninin Avropa Oyunlarında ilk medalıdır.
Batut gimnastikası üzrə qadınların yarışında isə ölkəmizi Svetlana Makştarova təmsil edir. O, 5-ci yerlə kifayətlənməli olub.
12:00 / 21.06.2015