
«Bakı 2015» birinci Avropa Oyunları virtual aləmlə də kifayət qədər populyardır. «Bakı-2015» yazı isə sosial şəbəkələrdə ən çox müraciət edilən haştəqi hesab olunur.
Ölkəmizdə keçirilən birinci Avropa Oyunları sosial şəbəkələrdə də ən çox müzakirə edilən mövzulardandır. İstifadəçiləri - könüllülər, əhali, ölkəmizə təşrif buyuran qonaqlar «Bakı-2015» haştəqı ilə facebook, instagram, tvitter kimi məhşur sosial şəbəkələrdə paylaşımlar edirlər.
Ölkəmizdə qonaq olan əcnəbilər də baku 2015 haştəqindən geniş istifadə edirlər.
Əslində arenaların və bakımızın gözəl mənzərələri önündə şəkil çəkdirmək... Daha sonra onu haştəq vasitəsi ilə sosial şəbəkələrdə paylaşmağla biz ölkəmizin bu mötəbər tədbirə necə hazırlaşdığını bir daha dünyaya çatdırırq.... Çünki «Baku 2015» haştəqi hazırda ən çox izlənilən ünvandır.
Xumar Kərimli
09:00 / 21.06.2015