
Qadınlar arasında üç metr hündürlüyündə tramplindən sinxron tullanma üzrə yarışların qalibi alman atletləri Staviçinski Luiza və Saskia Oettinqhaus cütlüyü olub.
Qadınlar üç metr hündürlüyündə tranplindən sinxron tullanma üzrə final mərhələsində qalib gəlmək üçün əllərindən gələni etdilər. Bu mərhələdə Ukrayna, Böyük Britaniya, İtaliya, Polşa, Xorvatiya, Almaniya, İsveçrə, Rusiya, Avstriya və Belarus idmançıları mübarizə aprardılar. Gərgin mübarizə şəraitində keçən yarışın qalibi alman atletləri oldular. Gümüş medalı Rusiya, bürüncü isə ukraynalı atletlər qazandılar.
Kişilər arasında da üç metrlik tranplindən tulanma üzrə final mərhələsi başa çatıb. Birinci yerə Rusiya, 2-ci yerə böyük Britaniya, 3-yerə isə Almaniya komandası laiyq görülüb.
09:00 / 21.06.2015