
Avropa Oyunları çərçivəsində daha bir yarış başa çatdı. Bu gün yekunlaşan idman gimnastikası növündə ölkəmizi təmsil edən oleq stepko 4 mümkün medaldan üçünü aktivinə yazdırdı.
İdmançımızın ən böyük uğuru paralel qollarda oldu. Hakimlər tərəfindən hamıdan çox, 15,733 xal alan Stepko, ölkəmizə 14-cü qızıl medalı qazandırdı.
Bundan başqa gimnastika atı növündə təmsilçimiz Oleq Stepko yarışın ikincisi oldu. Aktivinə 14,6 xal yazdıran atletimiz, yalnız sloveniyalı Saso Bertonçelydən geri qalaraq gümüş medal əldə etdi.
İdmançımızın dayaqla tullanmada da çıxışı uğurlu alındı. O, bu dəfə 14.966 xal toplayaraq yarışın bürünc medalına sahib çıxdı. İdmançımız Avropa Oyunlarında ümumilikdə 5 medal qazandı.
Halqalarda da bacarığını nümayiş etdirən təmsilçimiz bu növdə mükafatçılar sırasında yer ala bilmədi.
Vüsal Qaraca
09:00 / 21.06.2015