
«Bakı-2015» I Avropa Oyunlarında kişi voleybolçuların yarışı davam edir. Bakı Kristal Zalında keçirilən turnirin ıv turunda Azərbaycan yığması Polşa ilə qarşılaşıb. Bu matçadək xal qazana bilməyən Bülənt Karslıoğlunun yetirmələri uğursuz çıxışını liderlə matçda da davam etdirib. Belə ki, rəqibinə heç bir setdə müqavimət göstərə bilməyən yığmamız 0:3 hesabı ilə uduzaraq, 1/4 final şanslarını əldən verib. Yığmamız kimi qrupumuzun digər autsayderi də son turun nəticəsindən asılı olmayaraq, mərhələ Adlaya bilməyəcək. A qrupunda çıxış edən digər 4 komanda - Polşa, Fransa, Serbiya və Türkiyə isə 1/4 finala vəsiqəni təmin edib qeyd edək ki, kişi voleybolçuların yarışında sonuncu tur iyunun 22-də keçiriləcək.
09:00 / 21.06.2015