
“Bakı-2015” birinci Avropa Oyunlarının qadınlar arasında çimərlik voleybolu yarışlarının medalçıları məlum olub. İsveçrənin qadın çimərlik voleybolçuları birinci Avropa Oyunlarının çempionu adını qazanıblar. Qadın çimərlik voleybolçuları arasında üçüncü yer uğrunda görüşdə litva ilə İtaliya qarşılaşdı. Litvalı voleybolçular İtalyan cütlüyünə 2:0 hesabı ilə qalib gələrək bürünc medallara sahib oldular. Hər iki set Litva millisinin üstünlüyü şəraitində keçdi. İtalyanlar isə rəqibin qələbəsini sadəcə şans adlandırdılar.
Azarkeşlər final görüşündə də gərgin və maraqlı qarşılaşmanın şahidi oldular. İsveçrə duetinin avstriyalı voleybolçularla görüşündə ilk set birincilərin üstünlüyü ilə başa çatdı. İkinci setdə isə avstriyalı idmançılar 14:21 hesabı ilə üstün olduqlarından qalibi müəyyənləşdirmək üçün əlavə hissə oynanıldı. Əlavə olunan vaxtda qalib gələn isveçrəli atletlər birinci Avropa Oyunlarında çempionluq sevincini yaşadılar. Avstriya komandasının baş məşqçisi də voleybolçularının oyunundan razıdır.
Hər üç komandanın Avropa Oyunları parkında mükafatlandırma mərasimi də keçirildi. Dünən həmçinin kişilər arasında dörddəbir final görüşü də baş tutdu. Çexiya komandası İsveçrə voleybolçuları ilə qarşılaşdı. Çexlər qələbə qazanaraq növbəti mərhələyə adladılar.
Xatırladaq ki, kişilərin yarışında Azərbaycanı təmsil edən idmançılar onaltıdabir final mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.
Tural Azəroğlu
09:00 / 21.06.2015