/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Bokçularımız uğurla irəliləyir

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Oyunları çərçivəsində keçiridən boks yarışlarında mübarizəyə qoşulan təmsilçilərimiz uğurla çıxış edərək, irəliləyirlər. Rəqiblərimiz arasında yer alan erməni əsilli boksçu Bakıdan əliboş qayıdacaq.
60 kiloqram çəki dərəcəsində mübarizə apan boksçumuz Albert Səlimov ilk görüşdə erməni əsilli Gürcüstan təmsilçisi Otar Eronosyanla rinqə çıxdı. İlk dəqiqələrdən üstünlüyü ələ alan təmsilçimiz rəqibinə göz açmağa imkan vermədi. Üstünlüyünü sona qədər qoruyan Albert hər üç raundun yekun nəticəsinə uyğun olaraq 3-0 hesabı ilə qələbə çaldı.
52 kioqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Elvin Məmişzadə isə ilk görüşdə İrlandiya bokçusu Mayles Kaseylə üz-üzə gəldi. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada təmsilçimiz rəqibinə heç bir şans vermədi. Hər 3 raundda zərbələri daha dəqiq olan Elvin, 3-0 hesablı qələbəni bayram etdi, Elvin dörddəbir final mərhəlsində Bolqarıstan təmsilçisi ilə münasibətlərinə aydınlıq gətirəcək.
Nurlan Vilayətoğlu

17:00 / 20.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 17028
Bu ay: 285069
Ümumi: 13774685
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın