
Birinci Avropa Oyunlarında bədii gimnastika yarışları davam edir. Yarışın təsnifat mərhələsi artıq başa çatıb. Gimnastımız Marina Durunda finala vəsiqə qazanıb.
Çoxnövçülükdə iki idmancımız xalça üzərinə çıxdı. Böyük ümidlər bəslənən gimnastımız mariya durunda 69,850 xal topladı. Və 8- ci oldu.
Digər təmsilcimiz Ayşən Bayramova isə çoxnövçülükdə 66,400 xalla 15-ci yerdə qərarlaşdı. Çoxnövcülükdə birinci və ikinci yerləri Rusiya təmsilciləri, üçüncü yeri beleruslu gimnast tutdu.
Gimnastlarımız həmçinin ayrı -ayrı alətlərdə də bacarıqlarını nümayiş etdiridilər. Təsnifat mərhələsində Marina Durunda top, halqa və lentlə hərəkətlərinə görə müvafiq olaraq 17,900, 18,100 və 17,800 xal toplaya bildi. Bununla da o, finala vəsiqə qazandı.
Ayşən Bayramova halqalarlda hərəkətə görə, 17,000, topla 15, 900, lentlə hərəkətlərinə görə isə 16,750 xal toplaya bildi. Gürzlərlə hərəkətdə isə ölkəmiz finalda təmsil olunmayacaq. Belə ki, Marina Durunda gimnastikanın bu növündə 10, Ayşən Bayramova isə 19-cu yerdə qərarlaşıb.
21:00 / 19.06.2015