
«Bakı-2015» ilk Avropa Oyunları gərginliyi ilə davam edir. Atıçıların 4-cü yarış günu idmançıların maraqlı mübarizəsi şəraitində keçib və yeniliyi ilə yadda qalıb.
Bakı Atıçılıq Mərkəzində bu gün qadınlar arasında 50 metrdən 3 vəziyyətdə tüfəngdən atəş açma, 25 metrdən tapança ilə atəş yarışlarına, həmçinin kişilər arasında 50 metrədən qoşa səngər stendində mübarizəyə start verilib. Qadınlar arasında 25 metrdən tapança ilə atəş yarışlarında çıxış edən təçrübəli atıçımız İradə Aşumova 286 xal toplayaraq təsnifat mərşələsini 17-çi pillədə başa vurub. Zərif çinsin nümayəndələrinin 50 metrdən 3 vəziyyətdə tüfənglə atəş açma yarışları isə artıq başa çatıb. İtaliyalı Petra Zublasinq 589 xal toplayaraq həm «Bakı 2015»-in qalibi olub, həm də dünya rekordunu yeniləyib.
Qalibdən 10.1 xal az toplayan fransalı atıçı isə çıxışını belə qiymətləndirib.
Bu növdə bürünç medalı isə 443.2 xal toplayan avstriyalı oliviya hofman əldə edib.
Bu dəqiqələrdə isə kişilər 50 metr məsafədə qoşa sənqər stendində ən güçlünü müəyyənləşdirirlər. Qeyd edək ki, qadınlar arasında 25 metrdən tapança ilə atəş yarışlarında qalib və mükafatçıların adları isə sabah məlum olacaq.
Savalan Vəlibəyov
17:00 / 19.06.2015