
«Bakı-2015» Avropa Oyunları çərçivəsində atıcılıq yarışları davam edir. Qadınlar arasında 50 metrdən 3 vəziyyətdə tüfənglə atəş yarışlarında isə italiyalı Petra Zublasinq qalib gəlib. Petra 589 xal toplamaqla həm də dünya rekordunu təzələmiş olub. Qadınlar arasında 25 metr məsafədən tapança ilə atəş açma yarışlarının təsnifat mərhələsi artıq başa çatıb. Bu növdə ölkəmizi İradə Aşumova təmsil edir. Atıçımız mərhələni 17-çi pillədə başa vurub. Qalib və mükafatçıların adına isə sabah aydınlığ qələçək.
15:00 / 19.06.2015