/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Çimərlik voleybolu davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Oyunlarında çimərlik voleybolu üzrə kişi və qadınların yarışında növbəti oyunlar keçiriləcək. Kişilər qrup mərhələsinin sonuncu turunun oyunlarına, qadınlar isə dörddə bir final mərhələsində mübarizə aparırlar. Kişilərin yarışında təmsilçilərimiz Bernardo Romano və Leonid Qritsay saat 13-də «A» qrupunun lideri olan italyanlarla üz-üzə gələcək. «H» qrupundakı təmsilçilərimiz Neylton Santos - Yaroslav Rudik cütlüyünün rəqibiləri isə isveçrəli voleybolçulardır. Qarşılaşma saat 12-də start götürəcək. Kişilərin yarışında qrupu lider kimi tamamlayacaq komandalar birbaşa səkkizdə bir finala vəsiqə qazanacaqlar. Qrupları 2-3-cü sırada bitirən kollektivlər isə pley-offda mübarizə aparacaqlar. Pley-off oyunları bu gün saat 19:00-dan başlayacaq. Qadınlar arasında dörddə bir fınal mərhələsinin oyunları keçiriləcək. Təəssüf ki, bu mərhələdə Azərbaycanın heç bir təmsilçisi mübarizə aparmır.

11:00 / 19.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 9195
Bu ay: 260658
Ümumi: 14395019
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın