/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Atıcıların gərgin mübarizəsi

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Oyunları çərçivəsində atıcılıq yarışlarında maraqlı mübarizə qeydə alınıb. Atletlər iki dəst medal uğrunda yarışıblar. Bakı Atıcılıq Mərkəzındə kışılər 50 metr məsafədən uzanaraq atəş açmaqda, qarışıq komandalar isə səngər stendində qüvvələrini sınayıblar. Kişilərin 50 metr məsafəyə atışlarında almanıyalı Henrı Yunghaenel 208.5 xal toplayaraq qalib olub. İkinci yerə italiyalı Marko di Nikolo çıxıb. Ilk üçlüyü belaruslu Sergey Martinov tamamlayıb. Stend atıcılarının qarışıq yarışlarında ölkəmızı təmsıl edən Elvın İsmayılov və Alina Rəfixanovadan ibarət cütlük isə təsnifat mərhələsındə mübarizəni dayandırdı. Təmsilçilərimiz 74 xal toplayaraq, 10 komandanın iştirak etdiyi mərhələdə sonuncu olublar. Yarımfınal mərhələsındə 6 komanda - İspaniya, İtaliya, Slovakiya, Fransa, Rusiya və San-Marino mübarizə aparsa da, qızıl medal uğrunda mübarizəni Slovakiya və Rusiya komandaları apardı. Qızıl medal uğrunda mübarizədə Slovakiya komandası Rusiya yığmasını məğlub edərək, bırıncı Avropa Oyunlarının çempıonu oldu. Qeyd edək ki, atıcılıq yarışları ıyunun 22-dək davam edəcək.

21:00 / 18.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 9434
Bu ay: 260897
Ümumi: 14395258
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın