/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

«Bakı 2015» Avropa Oyunları dünya mediasının gündəmindədir

Şriftin ölçüsü:  11px13px15px17px

«Bakı-2015» ilk Avropa Oyunlarını yayımlayan telekanalların sayı artmaqdadır. Artıq Avropanın hər bir ölkəsinin aparıcı televiziyası oyunları canlı təqdim etməyə başlayıb. Dünya mətbu orqanlarının səhifələrində də Avropa Oyunları geniş şəkildə işıqlandırılır. «Bakı 2015» ilk Avropa Oyunlarını canlı yayımlayan telekanallar sırasına Gürcüstanın «Tv1» və Xorvatiyanın ictimai televiziyası da qoşulub. Hər iki televiziya yarışların əksəriyyətini öz tamaşaçılarına birbaşa təqdim edir. Bu arada Amerika Birləşmiş Ştatlarının 400 min tirajla çıxan ən qədim və məşhur «The Atlantik» ədəbiyyat jurnalı birinci Avropa Oyunları ilə bağlı xüsusi məqalə dərc edib. Məqalədə açılış mərasimi, yarışlar, Azərbaycan yığmasının uğurlu çıxışlarını əks etdirən fotolar və oyunların ən maraqlı anları yer alıb. Qeyd olunub ki, tarixdə ilk dəfə Avropa Oyunları Bakıda keçirilir. 50 ölkənin 6 min idmançısı bu mötəbər oyunların qalibi adını qazanmaq üçün Azərbaycanda toplaşıb. Yazıda, həmçinin vurğunıb ki, «Bakı 2015» ilk Avropa Oyunları panamerika və Asiya oyunlarında olduğu kimi Beynəlxalq Olimpiya Komitəsinin qoyduğu bütün qaydalara və ənənələrə sadiq qalır. Avropa ölkələrinin tanınmış xəbər portalları da paytaxtımızda keçirilən böyük idman bayramına geniş yer ayırır. Yazılarda idmançıların oyunlarda əldə etdiyi nəticələr, həmçinin keçiriləcək yarışlar haqda məlumatlar paylaşılır. Qeyd edək ki, Avropa telekanalları, o cümlədən dünya mətbuatı oyunların bağlanış mərasiminədək bütün yarışları işıqlandırmağı planlaşdırıb.

Vüqar Səfərli

19:00 / 18.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 9257
Bu ay: 260720
Ümumi: 14395081
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın