
Birinci Avropa Oyunlarının yarışlarını ötən gün 32 min tamaşaçı izləyib. Bu açılış mərasimindən sonra indiyədək qeydə alınan ən yüksək göstəricidir. Avropa Oyunları Əməliyyat Komitəsinin baş direktoru Saymon Kleq keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib. Bildirib ki, Bakı Olimpiya Stadionunun açılış mərasimindəki örtüyünün dəyişdirilməsi prossesi artıq yekunlaşıb.
“Bakı Olimpiya Stadionunda həftə sonunda keçiriləcək yarışların təşkili üçün yeni örtüyün çəkilməsi prossesi gedir. Təşkilati məsələlər üzrə planlaşdırdığımız işlər qaydasındadır”. Avropa Oyunları Əməliyyat Komitəsinin icraçı direktoru Saymon Kleq mətbuat konfransında belə dedi. Bildirdi ki, «Bakı-2015»-in yarışlarına tamaşaçı marağı yüksək səviyyədədir. Saymon Kleq Avropa Oyunlarının dünya ölkələrində işıqlandırılmasından da razı qaldığını bildirdi.
Konfransda çıxış edən beynəlxalq idman yayım şirkətinin prezidenti Manolo Romero bildirdi ki, yarışlarda iştirak edən 50 ölkədən 45-də oyunlar işıqlandırılır. İndiyədək 600 saatdan çox çəkiliş aparılıb. Oyunların sonunadək bu rəqəm toplam 1100 saata çatacaq. Manolo Romero bildirdi ki, yayımın keyfiyyəti və məkanlar haqqındakı rəylər də müsbətdir.
Aysel Nəbiyeva
15:00 / 18.06.2015