
İlk Avropa Oyunlarının mingəçevir şəhərində keçirilən avarçəkmə yarışları yüksək səviyyədə təşkil olunub. Yarışlar zamanı arenada yeniliklər də tətbiq olunub.
37 ölkənin iştirak etdiyi avarçəkmə yarışlarında 300-dən artıq atlet 19 dəst medal uğrunda mübarizə aparıb. Müxtəlif növlər üzrə 3 gün davam edən yarışlara tamaşaçı marağı isə həddindən artıq yüksək olub.
Arenada yaradılan yüksək şəraitdən həm idmançılar, həm də izləyicilər razı qalıblar. Təhlükəsizlikdən tutmuş itmiş əşyalar bürosu, media üçün i-zone, kafe və satış nöqtələrinədək bütün xidmətlər əla fəaliyyət göstərib. 280 könüllünün dəstəyi isə xüsusi hiss olunub. Yarışların stabil keçirilməsində hava şəraiti də başlıca rol oynayıb.
Qeyd edək ki, ayın 16-dan, yarışların bitdiyi gündən etibarən idmançılar atletlər kəndini tərk etməyə başlayıblar. Onların sonuncu qrupu bu gün Mingəçevirdən ayrılır.
Elnur Tofiq
09:00 / 18.06.2015