/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

«Bakı-2015» həyəcanı ilə davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

«Bakı-2015» həyəcanı ilə davam edir. İdmansevərlər 6-cı yarış günündə bədii gimnastların və akrobatların mübarizəsinə şahid olublar 13 komandanın yarışında Azərbaycanı Səbinə Abbasova, Aynur Mustafayeva, Siyana Vasilyeva, Aleksandra Platonova və Diana Doman təmsil edib. Millimiz lentlə hərəkətlərə görə hakimlərdən 16, 700 xal alıblar və çıxışlarını 8-ci yerdə başa vurublar. Azərbaycan Gimnastika Federasiyasının vitse – prezidenti Altay Həsənov isə hakimlərin verdiyi xalla razılaşmır. Lentlə çıxışlarda komandalar arasında Rusiya idmancıları 18,000 xal toplayaraq ilk pillədə qərarlaşıblar. Final mərhələsinə isə 6 komanda yüksəlib. Gürzlər və həlqələrlə yarışan idmancılar arasında isə belarus komandası 17,900 xal toplayaraq ilk pillədə qərarlaşıb. 13,450 xal toplayan millimiz 10- cu pillədədir. Akrobatika gimnastikası üzrə isə gün ərzində 4 növ təsnifat yarışları keçirilib. Qadınlardan ibarət qrupların balans və temp hərəkətlərində 11 ölkənin gimnastı çıxış edib. Bu yarışda Azərbaycanı Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynova təmsil edib. İdmançılarımız balans hərəkətlərində 27,680 xal toplayaraq 5-ci, tempdə isə 27,140 xalla 6 –cı yerdə qərarlaşıblar. Bu nəticə ilə qızlarımızın iyunun 21-də final mərhələsində çıxış etmək hüququ əldə ediblər. Akrobatika gimnastikası üzrə ilk üçlüyü belçika, belarus və böyük britaniya gimnastları tamamlayıb. Qarışıq çütlüklərin temp və balans hərəkətlərinin təsnifat mərhələsində isə azərbaycanı uliana dyakova və anatoli leonov təmsil edib. Gimnastlarımız hər iki növdə mərhələni 6-cı pillədə başa vuraraq finalda çıxış etmək hüququ qazanıblar. Qeyd edək ki, duetimiz iyunun 21-də finalda çıxış edəcək.

19:00 / 17.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 32
Bu gün: 8112
Bu ay: 298097
Ümumi: 14432458
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın