/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

«Bakı 2015» Avropa mediasının gündəmindədir

Şriftin ölçüsü:  11px13px15px17px

«Bakı-2015» ilk Avropa Oyunlarını Rusiya, İspaniya, Almaniya telekanalları ilə yanaşı, artıq digər Avropa ölkələrinin tanınmış televiziyaları da canlı yayımlamağa başlayıb. Dünya mətbuatının səhifələrində isə Avropa oyunları geniş şəkildə işıqlandırılır. «Bakı 2015» ilk Avropa Oyunlarını canlı yayımlayan telekanallar sırasına Latviyanın «Ltv7»-si də qoşulub. Portuqaliya tamaşaçısı isə yarışları ölkənin məşhur «Sporttv» kanalı ilə izləyir.
Türkiyənin xəbər portalları da paytaxtımızda keçirilən böyük idman bayramına geniş yer ayırır. Oyunlarda qeydə alınan nəticələr, həmçinin keçiriləcək yarışlar haqda məlumatlar paylaşılır. Xəbərlərdə azərbaycanlı idmançıların uğurlu çıxışları xüsusi vurğulanır. Amerikanın aparıcı mətbuat orqanı «Vaşinqton post»-un interenet səhifəsində «Bakı 2015»lə bağlı xüsusi məqalə dərc olunub. Yazıda qeyd olunur ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax birinci Avropa Oyunları barədə olduqca müsbət fikirlər söyləyib. Bildirib ki, «Bakı 2015» xalqlar arasında sül və əminəmanlığı təbliğ edir. Baxmayaraq ki, yarışlara ev sahibliyi edən Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişə var, erməni idmançıları təhlükəsiz şəraitdə öz çıxışlarını edirlər. Eyni zamanda, şərqi Ukraynada münaqişə davam etsə də, Rusiya və Ukrayna idmançıları arasında qarşılaşmalar normal şəraitdə keçir. Və bütün bu məqamlar Avropa Oyunlarına kölgə salmamağa əsas verir.
Vüqar Səfərli

09:00 / 16.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 9288
Bu ay: 260751
Ümumi: 14395112
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın