
Avropa Oyunlarında medal ümidlərimizdən olan güləşçilərimiz mötəbər yarışa ciddi hazırlaşırlar. Qadın, sərbəst və Yunan-Roma güləşi üzrə komandalarımız turnirin keçiriləcəyi Heydər Əliyev adına idman sarayında məşqə çıxıblar. Xatırladaq ki, «Bakı-2015»in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Pəhləvanlarımız iyunun 13-18-i aralığında qüvvələrini sınayacaqlar. Yarışların ilk iki günündə Yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. İyunun 15-16-sı qadın güləşçilər, 17-18-i isə sərbəst güləşçilər yarışacaqlar.
21:00 / 06.06.2015