
Lənkəranda «Bakı 2015» ilk Avropa Oyunlarına dəstək məqsədilə veloyürüş keçirilib. Rayonun bayraq meydanından start götürən yürüşə təkcə idmançılar deyil, cəmiyyətin müxtəlif sahələrindən olan 10 - 60 yaş arası insanlar qatılıb. Veloyürüş boyu iştirakçıların təhlükəsizliyini təmin etmək və sağlamlığını nəzarətdə saxlamaq üçün bütün zəruri tədbirlər görülüb. Şəhərin mərkəzi meydanında tamamlanan aksiya birinci Avropa Oyunlarının təbliği baxımından hər kəsin marağına səbəb olub.
21:30 / 03.06.2015