
İlk Avropa Oyunlarında Rusiyanın hündürlükdən suya tullanma üzrə millisi də iştirak edəcək. Oyunların favoritlərindən sayılan komanda Bakıya böyük iddialarla gəlir. Hazırda komanda gündə 2-3 dəfə məşq edir. Ciddi yasaqlar, güclü məşqçi nəzarəti - Rusiya millisinin məşqində kənardan yalnız bu müşahidə edilir.
Rusiya millisi Bakıya Avropa birinciliyinin qalibi olmuş 10 idmançı ilə gəlir. 5 qız və 5 oğlandan ibarət komanda bütün növ yarışlarda iştirak edəcək. Böyük məşqçi yığmanın uğurlarını 2 amillə əlaqələndirir.
Rusiya millisi Bakıya iyunun 13 də yola düşür. Hündürlükdən suya tullanma üzrə yarışlara isə iyunun 18 də start veriləcək.
Anar Həsənov
13:00 / 03.06.2015