/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Xaçmazda voleybol üzrə zona birinciliyi keçirilib

Şriftin ölçüsü:  11px13px15px17px

«Bakı 2015» ilk Avropa Oyunlarının proqramına daxil edilən idman növlərinin məktəblilər arasında təbliği davam edir. Bununla bağlı bu dəfə Xaçmazda voleybol üzrə zona birinciliyi keçirilib. Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunan turnirə şimal bölgəsi ilə yanaşı, Qobustan, Qubadlı və Sumqayıtın komandaları qatılıb. Ümumilikdə, 10 komanda birincilik uğrunda mübarizə aparıb. İki gün davam edən yarışın qalibi sumqayıtlı məktəblilər olub. Abşeron 2-ci, Xaçmaz komandası isə 3-cü yeri qazanıb. Qalib komandalar Təhsil Nazirliyinin medal, diplom və qiymətli hədiyyələrilə mükafatlandırılıb. Təşviqat kampaniyası çərçivəsində voleybol üzrə zona birinciliklərinə aprelin 21-dən start verilib. 800-ə yaxın məktəbli bu yarışlara cəlb olunub.

21:30 / 22.05.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 3900
Bu ay: 324940
Ümumi: 20760205
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın