/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Velosipedçilər Bakı istiqamətində hərəkətə başlayıblar

Şriftin ölçüsü:  11px13px15px17px

“Bakı-2015 ilk Avropa Oyunlarına velosipedlə” layihəsi çərçivəsində mayın 5-də Dubrovnikdən yola düşən Xorvatiyanın “Pedalinac” velosiped klubunun üzvləri İstanbulda ikigünlük istirahətdən sonra mayın 20-də Bakı istiqamətində hərəkətə başlayıblar. Yürüş iştirakçılarını Azərbaycanın İstanbuldakı baş konsulu Kənan Murtuzov və mətbuat nümayəndələri yola salıblar. Velosipedçilər Türkiyənin İzmit şəhərindən keçərək Qara dəniz sahilləri ilə hərəkət edəcəklər. Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə həyata keçirilən layihə birinci Avropa Oyunlarının təbliği məqsədini daşıyır. Layihəyə əsasən, xorvatiyalı velosipedçilər 4000 kilometr məsafəni 35-40 gün ərzində qət etməyi planlaşdırırlar. Yürüş iştirakçıları iyunun 4-də tbilisiyə bir gün sonra isə Azərbaycan sərhədini keçəcəklər. “Pedalinac” velosiped klubunun üzvləri hərəkət qrafikinə uyğun olaraq, iyunun 10-dək Bakıya çatmağı nəzərdə tutublar.

09:00 / 21.05.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 3734
Bu ay: 324774
Ümumi: 20760039
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın