/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Ç/L-də son yarımfinalçılar müəyyənləşib

Şriftin ölçüsü:  11px13px15px17px

Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti cavab oyunlar keçirilib. Bununla da daha iki yarımfınalçının adına ayqıdlıq gəlib.
Öz meydanında “Monako”ya 1:0 hesabı ilə qalib gələn “Yuventus” bu dəfə rəqibi ilə Fransada görüşüb. “Qoca sinyora”nın Turində knyazlıq təmsilçisinə minimal hesabla qalib gəlməsinə baxmayaraq ekspertlər hər iki klubun şansını bərabər qiymətləndirirdi. Lakin 90 dəqiqə ərzində lazım olan qolu vura bilməyən "Monako" turnirdə mübarizəni dayandırıb. İtaliya çempionu “Monako”yla qolsuz bərabərə qalaraq adını yarımfinala yazdırıb. Digər cütün taleyinə isə Madrid derbisində aydınlıq gəlib. Burada “Real” “Atletiko”nu qəbul edib. “Visente Kalderon” arenasında qolsuz başa çatan görüş cavab qarşılaşmasına marağı bir qədər də artırmışdır. Baxmayaraq ki, Kral klubu zədə səbəbindən Qaret Beyl, Luka Modriç və Benzemanın köməyindən məhrum idi amma cütün əsas favoriti hesab olunurdu. Ötən mövsümün finalında son dəqiqələrdə buraxdığı qolla çempionluğunu əldən verən "Atletiko" bu dəfə də eyni aqibətlə üzləşib. 76-cı dəqiqədə “Atletiko”nun türkiyəli ulduzu Arda Turan qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Yaranmış fürsətdən maksimum yararlanan Kral klubunun futbolçuları təziqi artırmağa başlayıb. Gərgin keçən qarşılaşmada görüşün taleyini yalnız bir qol həll edib. 88-ci dəqiqədə Xavyer Herndes topu Atletikonun qapısından keçirməklə komandasının adını yarımfinala yazdırıb.

09:00 / 23.04.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 15824
Bu ay: 353334
Ümumi: 13177632
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın