/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Azərbaycan güləşçiləri fransızlara qalib gəldilər

Şriftin ölçüsü:  11px13px15px17px

Parisin qış sirkində Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşü keçirilib. Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə yanaşı, yoldaşlıq görüşünü izləyənlər arasında Fransanın idman üzrə dövlət katibi Tiyeri Brayar, Beynəlxalq Güləş Federasiyasının prezidenti Nenad Laloviç, Fransa hökumətinin, parlamentinin üzvləri də olublar.
Parisin qış sirkinin fasadında güləş üzrə Azərbaycan və Fransa komandaları arasında yoldaşlıq görüşündən, ölkəmizin idman həyatından, gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarından bəhs edən məlumat tabloları yerləşdirilib. Mərasim Azərbaycan və Fransanın dövlət himnlərinin səslənməsi ilə başladı. Olimpiya test turniri adlandırılan yoldaşlıq görüşünün açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblı nümunəvi proqramla çıxış etdi. Sonra tamaşaçılar ölkəmizin idman nailiyyətləri, birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişindən bəhs edən filmə baxdılar. 1600-dək tamaşaçının izlədiyi görüşdə yunan-Roma, sərbəst və qadın güləşi üzrə 10 çəki dərəcəsində yarışlar keçirildi. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Azərbaycan komandası elə ilk dəqiqələrdən üstünlüyü ələ aldı. Böyük tarixi və ənənələri olan Azərbaycan güləşinin yetirmələri ölkəmizin idman şərəfini yoldaşlıq görüşündə layiqincə qorudular. Azərbaycan komandası rəqibinə 9-1 hesabı ilə qalib gəldi.
Oyunlar başa çatdıqdan sonra Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşü münasibətilə ziyafət təşkil olundu. Ziyafətdə çıxış edən Fransa Güləş Federasiyasının prezidenti Alən Bertolon mərasimdə iştirakına və tədbirin təşkilinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür etdi. Hər iki ölkə güləşçilərini göstərdikləri əzmkarlığa görə təbrik edən Alən Bertolon gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarında güləş idman növünün yüksək səviyyədə təmsil olunacağına əminliyini bildirdi. Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov ölkəmizdə güclü idman ənənələrinin olduğunu, Azərbaycanın Olimpiya hərəkatında fəal iştirak etdiyini diqqətə çatdırdı. Fazil Məmmədov gələn il ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işlərinin görüldüyünü bildirdi.

13:00 / 05.12.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 2092
Bu ay: 165367
Ümumi: 18363527
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın