/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Şahmat üzrə Qran-Pri turniri davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Özbəkistanda təşkil olunan şahmat üzrə Qran-Pri turniri davam edir. Ötən gün 8-ci turun görüşləri keçirilib.
Şahmatçılarımızdan Teymur Rəcəbov bu tur amerika birləşmiş ştatlarını təmsil edən Hikaru Nakamura ilə üz-üzə gəlib. Tərəflər 30-cu gedişdə yarım xalla kifayətləniblər. Digər həmyerlimiz Şəhriyar Məmmədyarov isə hesabat turunda rusiyalı Serqeyv Karyakinə rəqib olub. Bu görüşdə də şahmatçılar heç-heçəyə razılaşıblar. Turun yalnız bir qarşılaşmasında qalib məlum olub. Belə ki, gürcüstanlı Baadur Cobava gözlənilmədən 31-ci gedişdə israilli Boris Qelfandı məğlub edib. Digər görüşlərə gəldikdə, Dimitriy Yakavenko Aniş Qiri ilə, Fabiano Karuana Rüstəm Qasımcanovla, Dimitriy Andreykin isə Maksim Vaşye Laqravla xalı yarı bölüb. 8 turdan sonra turnir cədvəlində 3 hakimiyyətlilikdir. Aktivində 5 xalı olan Hikaru Nakamura, Dmitriy Andreykin və Baadur Cobava 1-3-cü yerləri bölüşdürürlər. Liderlər qrupundan yarım xal geri qalan Şəhriyar Məmmədyarovla Maksim Vaşye Laqrav 4-5-ci pillələrdə qərarlaşıblar. 4 xala malik Teymur Rəcəbov, Fabiano Karuana, Dmitriy Yakavenko və Serqey Karyakin 6-9-cu yerləri tuturlar. Aniş Qiri 3 xal yarımla 10-cu, Rüstəm Qasımcanov 2 xal yarımla 11-ci, 2 xalı olan Boris Qelfand isə hələlik sonuncudur. Bu gün yarışda istirahət günüdür. Sabah şahmatçılar 9-cu tur çərçivəsində bacarıqlarını nümayiş etdirəcəklər. Təmsilçilərimizdən Teymur Rəcəbov Fabiano Karuanayla, Şəhriyar Məmmədyarov isə Dimitriy Yakavenkoyla münasibətlərə aydınlıq gətirəcək. Qeyd edək ki, oktyabrın 21-də start götürən Daşkənd Qran-Prisinə noyabrın 2-də yekun vurulacaq.

17:00 / 30.10.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 5471
Bu ay: 256667
Ümumi: 13746283
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın